Tokayev Şoltsla görüşdə Qərbi hədələdi: Rusiya yenilməzdir, nəticələri olacaq
Bizi izləyin

MDB

Tokayev Şoltsla görüşdə Qərbi hədələdi: Rusiya yenilməzdir, nəticələri olacaq

“Rusiya hərbi cəhətdən yenilməzdir”.

Publika.az xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almaniya kansleri Olaf Şolts ilə görüşündə deyib.

“Rusiya hərbi baxımdan məğlubedilməzdir, eskalasiyanın daha da artması düzəlməz nəticələrə gətirib çıxaracaq”, - Tokayev bildirib.

O əlavə edib ki, İstanbulda razılaşmanın bağlanmasından imtina edildikdən sonra atəşkəs şansının əldən getməsinə baxmayaraq, mövcud münaqişənin sülh yolu ilə həlli üçün hələ də müəyyən imkanlar var.

Qeyd edək ki, Şolts Astanaya rəsmi səfərə gəlib. O, ikinci beynəlxalq “Mərkəzi Asiya - Almaniya” Sammitində iştirak edəcək. Tədbirdə strateji əməkdaşlıq və tərəfdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm