"Onlar hər şeyi ələ keçirəcəklər" - ABŞ-dan Rusiya ilə bağlı gözlənilməz açıqlama
Bizi izləyin

MDB

"Onlar hər şeyi ələ keçirəcəklər" - ABŞ-dan Rusiya ilə bağlı gözlənilməz açıqlama

Qərbin Rusiyaya hərbi təzyiq üçün heç bir aləti yoxdur.

Publika.az xəbər verir ki, bunu keçmiş Amerika kəşfiyyatçısı Skott Ritter “Dialogue Works” “YouTube” kanalına müsahibəsində bildirib.

“Nədənsə biz daim Rusiyanın zəif olduğunu düşünürük, inanırıq ki, bu və ya digərini etməyəcək. İndi isə əksinə, onun Ukraynada bizi sözün əsl mənasında necə çətin vəziyyətə saldığını izləyirik. Avropada vəziyyətə təsir edə biləcək heç nə qalmayıb. İsveç artıq Kiyevə 17-ci yardım paketini göndərir. Ruslar bütün bunları məhv edib ələ keçirəcək”, - kəşfiyyatçı xəbərdarlıq edib.

Cümə axşamı Rusiya prezidenti Vladimir Putin bildirib ki, NATO təkcə Ukrayna Silahlı Qüvvələrinin Qərbin uzaqmənzilli silahlarından istifadə imkanlarını deyil, Rusiya ilə münaqişədə birbaşa iştirakını müzakirə edir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm