MDB
Zelenski Braziliya və Çinin sülh planını tənqid etdi: "Biz axmaq deyilik!"
![](https://publika.az/storage/2024/09/12/owl_detail_620_3d1f8438d978ed53a7fa3f5568bd9b00.jpg?v1729010652)
Ukrayna prezidenti Vladimir Zelenski Braziliya ilə Çinin sülh planını tənqid edərək, onu dağıdıcı adlandırıb.
Publika.az xəbər verir ki, o, bu barədə Braziliyanın "Metrópoles" portalına müsahibəsində bildirib.
"Çin-Braziliya təklifi həm də dağıdıcıdır, bu, sadəcə, siyasi bəyanatdır", - dövlət başçısı bildirib. Zelenski Braziliya prezidenti Lule da Silvaya deyib ki, bu məsələni birlikdə müzakirə etmək lazımdır.
Onun sözlərinə görə, Kiyev həmçinin Çini də sülh təklifini birlikdə müzakirə etməyə dəvət edib. Ölkə prezidenti qeyd edib ki, Ukraynadan soruşmamış hər hansı təşəbbüs irəli sürmək mümkün deyil.
Zelenski güman edir ki, Braziliya və Çin Moskva ilə sülh təkliflərini əvvəlcədən müzakirə ediblər.
Ona görə də Zelenski müsahibəsində "biz axmaq deyilik", - deyə vurğulayıb.
Adəm Abbaslı
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İKT20:36
Əli Əhmədovun bacısı oğluna yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin220:24
Ögey anası ilə gizli eşqə qadağa... - FOTO
-
Sosial20:00
Əhalinin NƏZƏRİNƏ: sabah bu ərazilərdə QAZ OLMAYACAQ
-
Sosial19:12
Polkovnik Vüqar İbrahimli vəzifəsindən AZAD EDİLDİ - FOTO
-
Sosial19:00
Azərbaycanda əlilliyi olan şəxslər və uşaqlarla bağlı XÜSUSİ QRUP YARADILDI
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı
-
Rəsmi xronika16:20
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq