MDB
Rusiya daha iki şəhəri ƏLƏ KEÇİRDİ
Rusiya silahlı qüvvələri Donetskin Neskuçnoye və Ternı yaşayış məntəqələrini tamamilə ələ keçirdi.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün "Telegram" kanalında məlumat yayıb.
Neskuçnoye “Vostok” qruplaşmasının, Ternı isə "Qərb" qüvvələri qrupunun hərbçiləri tərəfindən ələ keçirilib.
Belə ki, “Vostok” qrupunun bölmələri Ukrayna Silahlı Qüvvələrinin Konstantinopol, Velikaya Novoselka, Novopol, Donetskdə Boqatır və Vremevka, eləcə də Zaporojyedə Novodarovka ərazisində beş briqadasını məğlub ediblər. Ümumilikdə, Ukrayna Silahlı Qüvvələri 220-yə qədər hərbçi, 7 maşın, həmçinin Polşanın özüyeriyən “Krab” silahı da daxil olmaqla iki artilleriya silahını itirib.
Öz növbəsində, "Qərb" qrupunun fəaliyyət zonasında Ukrayna Silahlı Qüvvələrinin altı briqadası Xarkov vilayətində beş yaşayış məntəqəsi və Donetskdə iki yaşayış məntəqəsi ərazisində məğlub edilib. Nəticədə Ukrayna tərəfi 600-ə qədər hərbçi, bir tank və səkkiz zirehli döyüş maşını itirib.
Bundan əlavə, üç sursat anbarı və dörd elektron döyüş stansiyası məhv edilib.
Adəm
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz













.jpg)







.png)

















