Cəhənnəm yaşatdılar: Rusiya prezident briqadasını 500 kiloqramlıq bombalarla vurdu
Bizi izləyin

MDB

Cəhənnəm yaşatdılar: Rusiya prezident briqadasını 500 kiloqramlıq bombalarla vurdu

Rusiya hərbçiləri Ukrayna Milli Qvardiyasının prezident briqadasının yerləşdiyi ərazini yüksək partlayıcı FAB-500 döyüş başlığı ilə 500 kiloqramlıq hava bombaları ilə atəşə tutublar.

Publika.az xəbər verir ki, bu barədə “Teleqram” kanalları məlumat yayıb. Bildirilir ki, üç təyyarə 15 dəqiqə ərzində doqquz sursat atıb.

Hücum Kupyansk istiqamətində Kolesnikovka kəndi ərazisində həyata keçirilib. Bütün hava bombaları hədəflərinə çatıb. "Milli Qvardiyanın birinci briqadasına axşam saatlarında cəhənnəm yaşadıldı”, - “Telegram” kanallarının məlumatında deyilir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm