Ukrayna Polşanın bu təklifini rədd etdi: Qəbuledilməzdir!
Bizi izləyin

MDB

Ukrayna Polşanın bu təklifini rədd etdi: Qəbuledilməzdir!

Ukrayna Xarici İşlər Nazirliyi Krımın statusu ilə bağlı Polşanın təklifini qətiyyətlə rədd edib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Mənbələr bildirir ki, Xarici İşlər Nazirliyi “bu sahədə hər hansı müzakirələrin və ya kompromislərin qəbuledilməz olduğunu” vurğulayıb.

XİN həmçinin vurğulayıb ki, “Ukraynanın ərazi bütövlüyü danışıqlara və güzəştlərə məruz qalmayıb və qala da bilməz”.

Xatırladaq ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski yeni referendum keçirmək üçün Krımın Birləşmiş Millətlər Təşkilatının (BMT) mandatına verilməsinə çağırıb. O deyib ki, Krım həm Rusiya, həm də Ukrayna üçün vacibdir, ona görə də yarımadanın silahsızlaşdırılması olmadan necə razılaşma əldə oluna biləcəyini görmür.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm