"Real"a şad xəbər: Zədəsi vaxtından əvvəl sağalır
Bizi izləyin

İdman

"Real"a şad xəbər: Zədəsi vaxtından əvvəl sağalır

"Real" tibbi heyətindən yaxşı informasiya alır.

Publika.az xəbər verir ki, yarımmüdafiə xəttində ciddi itkilərlə üzləşən Madrid klubunda zədəli futbolçulardan biri sağalmaq üzrədir.

Söhbət UEFA Superkuboku matçında zədələnən və o vaxtdan bəri oynamayan Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqadır.

"Marca"nın məlumatına görə, yarımmüdafiəçinin sağalma prosesi sürətlənib. Həkimlər onun "Atletiko" ilə oyun üçün meydana qayıdacağına ümid edir.

Qeyd edək ki, Madrid derbisi sentyabrın 29-da baş tutacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm