Cəbhədə vəziyyət çox ağırdır: Zelenski özü açıqladı - VİDEO
Bizi izləyin

MDB

Cəbhədə vəziyyət çox ağırdır: Zelenski özü açıqladı - VİDEO

Ukrayna prezidenti Vladimir Zelenski cəbhədəki vəziyyəti çox ağır adlandırıb.

Publika.az xəbər verir ki, o, bu barədə "Telegram"da yayımlanan videomüraciətində bildirib.

“Vəziyyət çox, çox çətindir. Bu payız edilə biləcək hər şeyə, əldə edə biləcəyimiz hər şeyə nail olmaq lazımdır”, - Zelenski deyib.

Bundan əlavə, Ukrayna lideri Ramşteyn formatında keçiriləcək görüşün xüsusi olacağını bildirib. Zelenski həmçinin cəbhədə nəticələrin təmin edilməsi üçün müttəfiqlərə bütün detalları və arqumentləri təqdim edəcəyinə söz verib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm