MDB
Separatçı “nazir”in faciəli sonu: Bağ evində meyiti tapıldı
Çərşənbə axşamı, oktyabrın 1-də axşam Moskva vilayətinin İstrinski rayonunda qondaram Luqansk Xalq Respublikasının (LPR) keçmiş yanacaq, energetika və kömür sənayesi “naziri” Konstantin Zavizenovun meyiti tapılıb.
Publika.az xəbər verir ki, 50 yaşlı separatçının meyitini onun oğlu bağ evində aşkarlayıb. Zavizenovun bədənində güllə yarası olduğu dəqiqləşdirilir. Eyni zamanda, oğlunun sözlərinə görə, atası ertəsi gün Kamçatkaya ova getməyi planlaşdırıbmış.
Təsdiqlənməmiş məlumatlara görə, kişi həyatında çətin bir dövr keçirib. İddiaya görə, həyat yoldaşı onun Nijni Novqorodda başqa ailəsinin olduğunu öyrənib, başqa mənzilə köçüb və boşanmaq qərarına gəlib.
“Mash” Telegram kanalı bildirir ki, 50 yaşlı məmur son vaxtlar spirtli içkilərdən sui-istifadə edirmiş . O, bir həftə sərasər içki içib.
Oğlu bildirib ki, evdəki masanın üzərindən qeyd və spirtli içki butulkaları olub. O, atasının meyitini küknar ağaclarının altındakı ərazidə tapıb. Yanında silah olub.
Tural
-
Magazin105:15
"Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik"
-
Kriminal03:13
Əhmədin qətlə yetirdiyi qardaşı ilə FOTOSU YAYILDI
-
Kriminal02:22
Bakıda zavodda kütləvi dava - Bir nəfər ölümcül döyüldü
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Günün ilk yarısı çətin və ağır olacaq
-
Sosial00:00
Qaz limiti artırılır? - AÇIQLAMA / VİDEO
-
Hadisə15 Oktyabr 23:48
DƏHŞƏTLİ HADİSƏ: meşə ərazisi dəniz kimi dalğalandı - ANBAAN VİDEO
-
Magazin115 Oktyabr 23:12
Köhnə "Dəyirman"çılar bir arada - FOTO
-
Nəqliyyat15 Oktyabr 23:00
Bakıda avtobusda gərgin anlar: sərnişinlər marşrutdan düşürüldülər - VİDEO