Ukrayna PUA-ları hücum etdi: Krımda neft anbarı belə partladıldı - VİDEO
Bizi izləyin

MDB

Ukrayna PUA-ları hücum etdi: Krımda neft anbarı belə partladıldı - VİDEO

Krımda, Feodosiyada neft anbarı yanır.

Publika.az xəbər verir ki, Rusiya agentlikləri bu barədə yerli hakimiyyət orqanlarına istinadən bildirirlər. Hakimiyyət yanğının səbəbini açıqlamasa da, bir neçə saat əvvəl hər iki tərəfin teleqram kanalları Ukrayna pilotsuz təyyarələrinin Krıma hücumu barədə məlumat yayıb.

“Feodosiya neft bazasında yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin ekipajları işləyir, tələfat və xəsarət alan yoxdur”, - Feodosiya administrasiyasının Rusiya agentlikləri tərəfindən yayılan mesajında ​​deyilir.

Müxtəlif ölçülü 32 çəni olan neft anbarı, peyk xəritələrinə görə, Feodosiyanın şərq kənarında yerləşir.

Ukraynanın “Krım küləyi” teleqram kanalı abunəçilərinə istinadən xəbər verir ki, Feodosiyada yerli vaxtla saat 4:30 radələrində partlayışlar baş verib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm