Rusiyada DƏHŞƏTLİ QƏTL: körpə bacılarını öldürüb parka getdi
Bizi izləyin

MDB

Rusiyada DƏHŞƏTLİ QƏTL: körpə bacılarını öldürüb parka getdi

Rusiyanın Tolyatti şəhərində qandonduran qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu barədə NSN məlumat yayıb.

Bildirilib ki, 13 yaşlı ögey bacı 2 və 5 yaşlı qızları qətlə yetirməkdə şübhəli bilinir.

İstintaq Komitəsinin regional şöbəsindən bildirib ki, binanın mənzillərindən birində boyun və gövdəsində çoxsaylı bıçaq xəsarətləri olan qızların meyitləri aşkar edilib.

Məlumata görə, ana körpələri evdə qoyub və onları böyük bacılarına həvalə edib. Məktəbli qız qətli törətdikdən sonra parka gəzintiyə çıxıb. Polis onu məhz parkda yaxalaya bilib.

O, anası ilə telefonla danışan zaman qətlləri törətdiyini etiraf edib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a” və “c” bəndləri ilə iki şəxsi, o cümlədən yetkinlik yaşına çatmayan şəxsləri öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisənin bütün şəraiti müəyyən edilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm