Rusiyanın bu şəhərində vağzalı partlatmaq istədilər
Bizi izləyin

MDB

Rusiyanın bu şəhərində vağzalı partlatmaq istədilər

Rusiyanın Yaroslavl şəhərinin baş dəmir yolu vağzalında terror aktının qarşısı alınıb.

Publika.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, naməlum şəxslər şənbə günü Yaroslavl vağzalının parkına gələn qatara partlayıcı quraşdırıblar. İşçilər qatara baxış keçirərkən 47-ci vaqonda naqillər quraşdırılmış şübhəli cihazı görüblər. Daha sonra yer mühasirəyə alınıb və təcili yardım çağırılıb.

İt baxıcıları və partlayıcı maddələr üzrə mütəxəssislər qatara baxış keçirib və cihazı yerindəcə zərərsizləşdirmək qərarına gəliblər. Heç bir partlayış baş verməyib. Daha sonra cihaz ekspertizaya göndərilib. İçərisində partlayıcılar olub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm