MDB
Şimali Qafqazda İNTİQAM ATƏŞİ ALOVLANIR - Melikov milyarder Kərimova dəstək vəd etdi
Dağıstanın rəhbəri Sergey Melikov Çeçenistan lideri Ramzan Kadırovun qan davası ilə bağlı açıqlamalarından sonra milyarder senator Süleyman Kərimova dəstək vəd edib.
Publika.az xəbər verir ki, müvafiq mesaj Dağıstanlı siyasətçinin Telegram-kanalında dərc olunub.
"Dağıstan çətin anlarda Süleyman Kərimovu həmişə dəstəkləyəcək", - Melikov yazıb.
Dağıstanın lideri Mahaçqalada parkın yenidən qurulmasına görə milyarderə təşəkkürünü bildirib və əlavə edib ki, onun əməlləri “həmişə ürəkdən gəlir”.
Xatırladaq ki, oktyabrın 10-da Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov dağıstanlı deputat Süleyman Kərimov və Dövlət Dumasının deputatları Rizvan Kurbanov və Bexan Baraxoyevə Çeçenistan rəhbərinə qarşı sui-qəsd planlaşdırmadıqlarını sübut edə bilməyəcəkləri təqdirdə qan davası elan edib.
Kadırov "Wildberries"in Moskva ofisi yaxınlığında baş verən atışma barədə belə danışıb. O hesab edir ki, guya siyasətçilər hazırkı “işgüzar vəziyyət”ə görə onun qətlini sifariş veriblər. Kadırov bildirib ki, sərəncamın şahidləri və hətta sui-qəsdin hazırlanması üçün ayrılan məbləğ barədə məlumatı var.
Hüseyn İbadlı
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi