SON DƏQİQƏ: Rusiya qoşunları bu əraziləri nəzarətə götürdü
Bizi izləyin

MDB

SON DƏQİQƏ: Rusiya qoşunları bu əraziləri nəzarətə götürdü

Kursk bölgəsində hücumlarını davam etdirən Rusiya qoşunları Sucanın kənarına çatıblar.

Publika.az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, Rusiya ordusu Suca ilə şərqdə yerləşən Belaya kəndini birləşdirən magistral yola da nəzarəti ələ keçirib.

Bundan əlavə, rus bölmələri Sucanın yeddi kilometrliyindəki Martınovka kəndinə hücuma başlayıb. 155 və 106-cı briqadalar hücumda iştirak edir, düşmən bölmələrini mühasirəyə almağa çalışırlar.

Bildirilir ki, bu gün Amerika qoşunlarının Kursk bölgəsinə daxil olmasına dair sübutlar da ortaya çıxıb. Söhbət Qluşkovski rayonunda vurulan "Stryker" piyada döyüş maşınının ekipajından gedir. Döyüş maşınında olanların heç biri xilas ola bilməyib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm