Səmada qorxulu anlar: Moskvadan qalxan təyyarənin motoru dayandı
Bizi izləyin

MDB

Səmada qorxulu anlar: Moskvadan qalxan təyyarənin motoru dayandı

Rusiyanın "Ural Lines" aviaşirkətinə məxsus təyyarənin mühərrikində səmada nasazlıq yaranıb.

Publika.az xəbər verir ki, bu barədə “Aviaincident Telegram” kanalı məlumat yayıb.

Oktyabrın 12-də Moskvadan Vladiqafqaza uçan “Airbus A -320” təyyarəsi 2,3 min metr yüksəklikdə olarkən gözlənilməz vəziyyət yaranıb. Ekipaj uçuş aerodromuna qayıtmaq qərarına gəlib.

Nəticədə təyyarə təhlükəsiz şəkildə paytaxtın Domodedovo hava limanına eniş edib. Qeyd olunur ki, sərnişin təyyarəsinin təcili enişi ilə əlaqədar hava limanında həyəcan siqnalı verilib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm