MDB
Qazaxıstanda YENİ VİZA - Turistlərdən nələr tələb ediləcək?
Qazaxıstanda “Neo Nomad” yeni növ vizası tətbiq edilib ki, bu viza səyahət edərək məsafədən işləyən, iş və istirahəti birləşdirən xarici turistlər üçün nəzərdə tutulub.
Publika.az Qazaxıstanın Turizm və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yeni viza rejimi pandemiyadan sonra oxşar proqramları uğurla tətbiq etmiş 50-dən çox ölkənin beynəlxalq təcrübəsini nəzərə alır.
“Neo Nomad” vizası almaq üçün əcnəbi vətəndaş Qazaxıstandan kənarda ən azı 3 min dollar sabit gəlir nümayiş etdirməlidir.
Həmçinin, əsas gəlir tələblərinə əlavə olaraq, əcnəbi ərizəçilərə tibbi sığorta və məhkəməyə düşməməsi haqqında arayış tələb olunacaq. Viza müxtəlif sahələrdə - proqramlaşdırma, marketinq və maliyyədən tutmuş konsaltinq, dizayn və elektron ticarətə qədər məsafədən işləyən turistlər üçün nəzərdə tutulub.
Xarici turistlər, eyni zamanda öz xarici şirkətlərində işləyərkən Qazaxıstanda bir ilədək qala biləcəklər. Bu, onlara həm ölkənin həyatına və mədəniyyətinə bələd olmağa imkan verəcək, həm də Qazaxıstana əlavə iqtisadi fayda gətirəcək.
-
Magazin103:35
“Sosial media məni iki dəfə ərə verib” - Sevinc Əliyeva
-
Dünya01:20
Nazir dəmiryol vağzalındakı hadisəyə görə istefa verdi
-
Qoroskop00:40
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək
-
Elm və təhsil00:25
Müəllimlərə xüsusi kartlar verilir: güzəştlər ediləcək
-
Nida Xəbər 4 Noyabr 23:05
Pezeşkian COP29-da iştirak etmək üçün Azərbaycana gələcək
-
İdman4 Noyabr 21:49
Premyer Liqa klubu Konor Makqreqoru ələ saldı - FOTO
-
Magazin14 Noyabr 20:50
Dilarə: "O klipi Bakıda çəksək, biabırçılıq olardı" - VİDEO
-
Nəqliyyat4 Noyabr 19:20
Hazırda 18 küçədə tıxac var - SİYAHI