Magazin1
“Sosial media məni iki dəfə ərə verib” - Sevinc Əliyeva
Aktrisa Sevinc Əliyeva rejissor Fuad Əlişovla boşandıqdan sonra həyatında yaranan dəyişikliklərdən söz açıb.
Publika.az xəbər verir ki, bu barədə o, jurnalist Pərviz Hüseynin “Pərvizə görə” layihəsində danışıb.
Aktrisa bildirib ki, ayrıldıqdan sonra həyata baxışı dəyişib:
“Boşanma qərarından sonra həyata baxışım dəyişdi. Karyerama yönəlmədim, əksinə sferadan getmişdim və demişdim ki, qayıtmayacağam. Tamam başqa bir işdə, şirkətdə adminstrator kimi çalışdım, 9-da işə gedib 6-da çıxırdım. Beş-altı ay sonra dedim ki, yox, alınmır. Həm maddi baxımdan qane etmirdi, həm də… Mənə desinlər ki, dağı dağın üstünə qoy, ya da filan işi get danış, edərəm. Amma ofisdə otur, kompüterdə yaz, kağızı apar. Gördüm ki, bu, mən deyiləm, hər gün eyni rutin, sıxılıram. Adi nəsə almağa kimisə göndərəndə deyirdim ki, mən gedim, çıxım hava alım, aktiv hərəkət edim. Onda uşaqlar bağçaya gedirdilər, işdən çıxırdım, onları götürüb evə gedirdim. Bilmirəm ki, necə çatdırırdım? Oradan çıxandan sonra “Səs Azərbaycan” layihəsində çalışdım.
Onda Sevinc Əliyeva deyildim. “Səs Azərbaycan”da çalışırdım, mənə işləmək və maaş lazım idi ki, üç uşağı böyüdüm. İndi başa düşürsən ki, öz ayaqlarımın üstündə dura bilirəm, mən işləri seçirəm. Sosial şəbəkələrdə pis şərh görməmişəm. Nəzərə alsaq ki, sosial media məni iki dəfə ərə verib, iki dəfə toyumu ediblər, xəbərim yoxdur. Yenə də şərhləri oxuyanda görürdüm ki, nə olsun cavandır, gedib xoşbəxt olsun, yazıblar. Yəni insanların reaksiyası yaxşı idi. Amma ərə getməmişdim. Birinci ərə getmə xəbəri filmlə bağlı yayılmışdı, ikinci dəfə sosial mediadakı pərəstişkarıma görə oldu. Hər şəklimin altına bir rəy yazır. Ümumiyyətlə o insanı tanımıram, profili də bağlıdır. Necəsə o insanla mənim şəklimi birləşdirib yazdılar ki, ailə qurub. Şok vəziyyətinə düşdüm ki, ümumiyyətlə bu insanı tanımıram".
-
İdman00:25Bəhlul Mustafazadə tarixə düşdü
-
İdman21 Yanvar 23:41"Qarabağ"dan möhtəşəm qələbə - VİDEO/YENİLƏNDİ
-
Hadisə21 Yanvar 23:31Bakıda çoxmərtəbəli binada YANĞIN oldu
-
Elm və təhsil21 Yanvar 20:05Qara görə dərsə getməyən şagirdlərlə bağlı qərar - RƏSMİ
-
İdman21 Yanvar 20:00"Ayntraxt" "Qarabağ"la oyun öncəsi görün nə paylaşdı - VİDEO
-
Region21 Yanvar 19:55Türkiyədə zəlzələ oldu
-
Sosial21 Yanvar 19:40İsa Həbibbəyliyə çətir tutan şəxs vəzifəsindən azad olunub? - RƏSMİ
-
Sosial21 Yanvar 18:40Dövlət işçilərinin maaşı ilə bağlı YENİLİK








.jpg)


.jpg)


.jpg)



















