MDB
Əcnəbilərin Rusiyaya giriş-çıxışının yeni qaydaları tətbiq olunacaq - Bu tarixdən
Dekabrın 1-dən etibarən Moskva aeroportlarında və Orenburq vilayətindəki avtomobil nəzarət-buraxılış məntəqəsində əcnəbi vətəndaşların giriş-çıxışı ilə bağlı yeni qaydalar sınaqdan keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, miqrantların Rusiyaya girişi, ölkə daxilində hərəkəti və ölkədən çıxışı ən müasir texnologiyalar əsasında ciddi dövlət nəzarətinə alınmalıdır. Bundan əlavə, Moskvanın səlahiyyətli orqanları miqrantların genom qeydiyyatını və onlara elektron miqrant kartının verilməsini təşkil etməlidirlər.
Medvedevin sözlərinə görə, yeni qaydalar ölkəyə gələn şəxslərin müəyyən edilməsi və monitorinqi üçün etibarlı sistem yaratmağa yönəlib. Söhbət biometrik məlumatların toplanması və emalı, hər bir əcnəbinin rəqəmsal profilinin yaradılmasından gedir. Eksperimentin nəticələrinə əsasən qanunvericiliyə dəyişikliklər ediləcək.
-
Hadisə11:29Bakıda marşrut avtobusu ağır qəzaya düşdü: Ölənlər və yaralananlar var - VİDEO
-
Sosial10:30Bayram günlərində işləyənlərə əlavə maaş ödəniləcək? - VİDEO
-
Dünya10:18Generallar təyyarə qəzasında öldü: Liviyada nə gözlənilir, Haftar hücuma keçəcək?
-
İdman09:30Gürcüstanda ara qarışdı: Kvaratsxeliyaya görə
-
Dünya08:49Kim Çen İnin gizli sualtı silahları...
-
Ekopublika.az08:10Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - Tarix verildi
-
Magazin207:35Xalq artisti gənc nişanlısı ilə evlənmək üçün Putindən icazə alacaq
-
Magazin203:44"Friends" serialının aktyoru vəfat etdi



























