Bekhemin ailəsində növbəti qalmaqal - Oğul ata və anasını blokladı
Bizi izləyin

İdman

Bekhemin ailəsində növbəti qalmaqal - Oğul ata və anasını blokladı

Əfsanəvi futbolçu, “İnter Mayami” klubunun prezidenti David Bekeamın böyük oğlu Bruklin sosial media hesablarını bloklayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ və Böyük Britaniya KİV-ləri məlumat yayıb.

Bəzi mənbələr isə Devid və Viktoriyanın oğullarını izləmədən çıxardığını bildiriblər. Lakin cütlüyün digər övladı Kruz bu məlumatı təkzib edib:

“Bu doğru deyil! Ana və ata heç vaxt oğullarını izləməkdən imtina etməzlər. İstəyirəm vəziyyəti aydınlaşdırım: bloklanan onlar idi, həmçinin mən də”.

Britaniya mətbuatının məlumatına görə, Bruklin uzun müddətdir valideynləri ilə ünsiyyətdə deyil. Əsas səbəb onun amerikalı milyarder Nikola Peltsin qızı Anni ilə münasibətlərinin başlaması hesab olunur.

Xəbərlərdə qeyd olunur ki, Anninin Devid və Viktoriya ilə münasibətləri yaxşı olmayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm