Dünya
Afina narahatdır: Türkiyə oyun qaydalarını dəyişir, yalnız bir seçim qalıb
Yunanıstanın "Liberal" qəzeti Türkiyənin son 30 ildə qazandığı gücü və bölgədə yaratdığı strateji dəyişikliyi araşdıran təhlil dərc edib.
Publika.az xəbər verir ki, "Türkiyə imkansıza nail oldu" başlıqlı təhlildə, Türkiyənin keçirdiyi transformasiyanın təkcə Yunanıstana deyil, həm də Şərqi Aralıq dənizindən Yaxın Şərqə qədər uzanan geniş coğrafiyaya birbaşa təsir etdiyi vurğulanıb.
“Əgər Rəcəb Tayyib Ərdoğan olmasaydı, Türkiyə bu qədər güclü olmazdı. Türkiyə bu qədər güclü olmasaydı, Yunanıstan özünü bu qədər təhdid altında hiss etməzdi. Bir əsr əvvəl Türkiyənin əhalisi Yunanıstanın əhalisindən iki dəfə belə çox deyildi. Bu gün isə səkkiz dəfə çoxdur", - təhlildə qeyd olunub.
Vurğulanıb ki, bu əhali artımı Türkiyəyə işçi qüvvəsi və elmi potensial baxımından əhəmiyyətli üstünlük verib.

Qəzetə görə, son illərdə regional güc olmaq məqsədi ilə hərəkət edən Türkiyə həm texnoloji, həm də geosiyasi baxımdan həlledici aktora çevrilib:
"Son illərdə Yunanıstan və Türkiyə arasında siyasi və hərbi güc balansı ciddi şəkildə Türkiyənin xeyrinə dəyişib. Türkiyə Suriya və Liviya kimi ölkələrdə təsirini artırdıqca, Yunanıstan bu vəziyyətə cavab olaraq sürətlə silahlanmağa keçib. İsrail də Türkiyənin yüksəlişini ekzistensial təhlükə kimi qəbul edir. Yunanıstan-Cənubi Kipr-İsrail oxu Türkiyəni İtaliyadan Yaxın Şərqə qədər əhatə edir. Bu əməkdaşlıq Türkiyənin regional güc olmaq məqsədinə mane olacaq".
Təhlildə qeyd olunub ki, Ankaranın bu ittifaqa qarşı yalnız bir seçimi qalıb: “Yeganə seçim Yunanıstan-Kipr-İsrail ittifaqını qabaqlayıcı hərbi hərəkətlə neytrallaşdırmaqdır. Lakin bu, hava üstünlüyü olmadan mümkün deyil. Afina bölgədəki müttəfiqlərinin dəstəyi ilə gücünü artıracaq, lakin Türkiyə əlbəttə ki, kənarda qalmayacaq. Əhalisi, iqtisadi və müdafiə gücü, geosiyasi hərəkətləri ilə bölgədəki oyun qaydalarını dəyişdirməyə davam edəcək. Buna görə də atılan bütün addımlar diqqətlə nəzərə alınmalıdır”.
Roza
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf













.jpg)




















