MDB
Kamuflyajlı şəxs ard-arda 3 restoran YANDIRDI
Krasnodarda üç restoran bir-birinin ardınca yanıb.
Publika.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
Hadisə şahidləri onları naməlum şəxs tərəfindən yandırıldığını bildiriblər.
Yerli sakinlərin sözlərinə görə, Rusiya şəhərinin mərkəzində, Krasnaya küçəsində, "MyasoLove" müəssisəsində güclü yanğın baş verib. İnsanlar axşam saat 22:20 radələrində kamuflyajlı bir nəfərin restorana girdiyini, bel çantasını yerə ataraq qaçdığını, çantanın dərhal alovlandığını bildiriblər. Müştərilər və işçilər özbaşına təxliyə edilib, ilkin məlumatlara görə, xəsarət alan olmayıb.
Yarım saatdan sonra birinci yerdən 7 dəqiqəlik piyada məsafədə yerləşən Severnaya küçəsində yerləşən “Qus” restoranı yanıb. İşçilər yanğını özləri söndürüblər, xəsarət alan olmayıb.
Saat 23:30 radələrində Krasnaya küçəsində yerləşən "Bumbaraş" adlı üçüncü restoranda yanğın baş verib. Heyət yanğının söndürülməsi ilə məşğul olub və müştərilər çölə çıxarılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.
Hər üç yanğınla bağlı rəsmi məlumat yoxdur.
Hüseyn İbadlı
-
Dünya21:12
Türkiyədə daha bir hoteldə YANĞIN: 13 işçi xilas olundu - VİDEO/YENİLƏNDİ
-
Kriminal21:00
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirildi - FOTOLAR
-
Hadisə20:15
"Azneft" dairəsində avtomobil YANDI: tıxac yarandı - FOTO
-
Kriminal19:30
Bakıdan Dubaya uçmaq istəyərkən saxlanıldı - Rusiya onu axtarırdı
-
Dünya18:00
Alimlər şokda: Yerdən 100 min kilometr uzaqda bu səslər eşidildi
-
Sosial17:13
MN-in hərbi qulluqçularının maaşları BU QƏDƏR ARTIRILDI
-
Nida Xəbər 16:57
Samir Şərifova yeni vəzifə verildi
-
Sosial15:02
Yanvarın 29-da Azərbaycanda iş olmayacaq