MDB
Dağıdıcı qasırğa kimi hərəkət edirlər: Koreyalı əsgərlər Rusiyada belə döyüşürlər - VİDEO
Rusiyada sosial şəbəkələr Kursk döyüşlərində iştirak edən Şimali Koreya əsgərlərinin şücaətlərindən yazıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat verən “Batalyon Vostok” Telegram kanalında Şimali Koreya əsgərlərinin döyüş hərəkətləri, əla vəziyyətdə olan texnikası və qüsursuz hazırlıqları nümayiş etdirilib.
Müşahidələrə görə, Şimali Koreya bölmələri dayanmayan mexanizmə bənzəyirdi: “irəli” əmri vermək kifayət idi ki, əsgərlərin dalğası itkilər qarşısında belə dayanmadan hücuma keçsin.
Qeyd olunub ki, ümumi dil olmasa da, qarşılıqlı əlaqə rəvan davam edib. Şimali Koreya əsgərləri bütün əmrləri şübhəsiz və dəqiq yerinə yetiriblər.
"Şimali Koreya döyüşçüləri Rusiya bölmələrindən ayrı yerləşdirilmişdi. Düşərgələr qurub, mümkün qədər nəzərə çarpmamağa çalışırdılar", - deyə döyüşlərdə iştirak edən rus zabitlərdən biri deyib. O, onların işini şəxsən müşahidə etdiyini, peşəkarlıq və nizam-intizam səviyyəsinə heyran olduğunu qeyd edib.
Onun sözlərinə görə, Şimali Koreya əsgərlərinin hərəkətlərini demək olar ki, qüsursuz adlandırmaq olar: "Tanış olmayan ərazi müəyyən çətinliklər yaratsa da, əsgərlər buna tez öyrəşdilər, vəziyyətə uyğunlaşdılar və rus hərbçilərinin döyüş təcrübəsini fəal şəkildə mənimsədilər".
Zabit deyib ki, döyüş əməliyyatlarının tam ortasında taktika sürətlə dəyişilməli olub, amma onlar bu tapşırığın da öhdəsindən yüksək peşəkarlıqla gəliblər.
Rus zabit onların 18-22 yaş arasında gənclərdən ibarət olduğunu vurğulayıb. Güclü bədən quruluşları və xüsusi qətiyyətlərinə heyran qalan zabit deyib ki, onların hər birinin əsas məqsədi döyüş tapşırığını yerinə yetirməklə bərabər, həm də heç bir şəraitdə əsir düşməmək olub.
Ümumi mənzərə belədir ki, Koreya əsgərləri döyüş meydanında dağıdıcı qasırğa kimi hərəkət edərək, döyüş effektivliyini təcrübədə dəfələrlə sübut ediblər.
Adəm
-
ABŞ00:27ABŞ çox yaxında Pikaks dağına zərbə endirə bilər
-
Hadisə00:15Şahbuzda baş verən dəhşətli qəzada ölənlərin fotoları - Yeniləndi
-
Magazin14 Sentyabr 19:10Xalq artistinin müalicəsi nəzarətə götürüldü
-
Nəqliyyat4 Sentyabr 17:48Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
-
Region4 Sentyabr 15:34Paşinyan Rusiyanı şantaj edir - Ermənistana sərt xəbərdarlıq
-
Rəsmi xronika4 Sentyabr 15:11İlham Əliyev Niderlanda yeni səfir təyin etdi
-
Dünya4 Sentyabr 12:20Bu ölkələr hərəkətə keçdi: Rusiya ilə müharibə başlayır?
-
Magazin14 Sentyabr 12:11Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO













.jpg)






















