MDB
Ölkədən 2.5 milyard çıxaran holdinq sahibi saxlanıldı - VİDEO
Rusiyada xaricə 2,5 milyard rubl köçürən və Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirən mütəşəkkil cinayətkar qrupun fəaliyyəti dayandırılıb.
Publika.az xəbər verir ki, bu barədə "Lenta.ru"ya Rusiya İstintaq Komitəsinin (RİK) rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
Cinayətkar dəstəni İstintaq Komitəsinin müstəntiqləri və Rusiya FTX-nin əməkdaşları ifşa ediblər. Qanunsuz valyuta əməliyyatlarında, ödəniş alətlərinin qanunsuz dövriyyəsində və terror fəaliyyətinə köməklikdə ittiham olunan 5 nəfər saxlanılıb. Mütəşəkkil cinayətkar dəstənin altıncı üzvü beynəlxalq axtarışa verilib.
Bildirilir ki, Rusiyadan vəsaitlərin çıxarılmasını Latviya vətəndaşı olan beynəlxalq holdinqin sahibi və mikrokredit təşkilatının rəhbəri təşkil edib. Məlumata görə, onlar 2022-ci ildən 2024-cü ilə qədər filialları Moskva, Samara və Sankt-Peterburqda fəaliyyət göstərən mikrokredit şirkətinin gəlirlərini xaricə köçürüblər. Vəsaitlər saxta kredit müqavilələri əsasında xarici şirkətin hesablarına köçürülüb. Onlar ümumilikdə 2,5 milyard rubl məbləğində 500 bank köçürməsi həyata keçiriblər.
Qeyd edək ki, vəsaitlərin bir hissəsi Ukrayna Silahlı Qüvvələrinin dəstəklənməsinə və Rusiya ərazisində terror fəaliyyəti üçün istifadə edilən nəqliyyat vasitələrinin alınmasına yönəldilib.
Adəm
-
Nida Xəbər 09:48Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...
-
MDB09:06Rusları və erməniləri təhqir edən “Donald Tramp” tapıldı: Tofiq İsmayılov saxlanıldı
-
Sosial08:49Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
-
Nəqliyyat08:37Bakının bu yollarında tıxac var - Siyahı
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi























.jpg)














