Mətbəx
İçi doldurulmuş qayıq - Resept
Publika.az-ın mətbəx bölməsi gözəl formalı içi doldurulmuş qayığın reseptini təqdim edir:
İnqrediyentlər:
Kartof - 1 kq.
Ət - 400 qram
Baş soğan - 1 ədəd
Duzlu xiyar - 3-4 ədəd
Qat-qat xəmir - 500 qram
Yumurta - 1 ədəd
Bərk pendir - 50 qram
Hazırlanması:
Kartofu bişirin, püre halına salın. Duz, istiot vurun.
Əti xırda tikələrə doğrayın, soğanı həlqə şəklində doğrayın. Soğanı güclü od üzərində 3 dəqiqə, əti isə zəif odda qızardın. Tavanın qapağını bağlayın və zəif odda hər ikisini birlikdə bişirin.
Xiyarı həlqə və ya uzun çubuq formasında doğrayın.
Xəmirin donunu açın. Xəmiri düzbucaqlı formasında kəsin. Xəmirin kənarlarını bağlayın.
İçərisinə 2 xörək qaşığı püre, ət, doğranmış xiyar qoyun. Üzərinə sürtgəcdən keçirilmiş pendir çəkin. Xəmirin kənarına yumurta sarısı çəkin.
Sobada bişirin.
Nuş olsun!
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi



































