Mətbəx
Sarımsağın cücərməsinin qarşısını alan maraqlı üsul: Sadəcə bunu edin!
Mətbəxin əvəzolunmaz məhsullarından olan sarımsaq düzgün saxlanılmadıqda qısa müddətdə quruyur, yumşalır və cücərməyə başlayır. Lakin onun daha uzun müddət təzə qalması üçün maraqlı bir üsul mövcuddur.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, sarımsağın kök hissəsini yandırmaq cücərməni gecikdirməyə kömək edə bilər.
Bunun üçün sarımsaqları dişlərinə ayırmadan bütöv halda saxlamaq, alt hissəsindəki quru kökləri bir neçə saniyə alova yaxınlaşdırmaq tövsiyə olunur.
Köklərdəki quru liflər bir qədər qaraldıqda prosesi dayandırmaq lazımdır. Əsas məqsəd sarımsağı bütövlükdə yandırmaq deyil, yalnız kök hissəsinə qısa müddət istilik tətbiq etməkdir. Bu zaman alovun qabığa və dişlərə toxunmamasına diqqət yetirilməlidir.
Bununla yanaşı, sarımsağın ömrünü uzatmaq üçün onu sərin, quru, qaranlıq və hava keçirən yerdə saxlamaq məsləhət görülür.
-
Sosial18:15Sarvan Cəfərova Prezident Administrasiyasında yüksək vəzifə verildi - FOTO
-
Hadisə17:01Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
-
Nida Xəbər 16:34TRIPP layihəsi Moskvanın hədəfinə xələl gətirdi: Rusiya nə planlaşdırır?
-
Region16:28Paşinyandan Rusiyaya mesaj: Sərhədlərimizi özümüz qorumalıyıq
-
Cənubi Qafqaz15:55İrəvanda bu ermənilərin posportuna “Azərbaycan” yazıldı: Artıq dəyişməyəcək
-
Region14:22Müstəqilliyimizdən bəri ən böyük layihədir - Paşinyan Zəngəzur dəhlizi haqda
-
Hadisə14:06Azərbaycanda tiktoker qadın saxlanıldı
-
Nida Xəbər 12:30Zəngəzur dəhlizində tikinti başladı, ABŞ-dan reaksiya gəldi: Geniş türk dünyası ilə...























.jpg)






.jpg)









