Mətbəx
Sarımsaq yağında kartof - Resept
Publika.az-ın mətbəx bölməsi ləzzətli xörəyin reseptini təqdim edir:
İnqrediyentlər:
Kərə yağı - 100 qram
Sarımsaq - 4 diş
Cəfəri - 3 xörək qaşığı
Xama - 1 xörək qaşığı
Bərk pendir - 5 xörək qaşığı
Hazırlanması:
Kartofu qabıqlı bişirin. Soyudun, qabığını təmizləyin.
Sarımsaqlı sousu hazırlayın.
Bir kasa yağ tökün, sarımsağı təmizləyib, xırdalayın.
Cəfərini xırda-xırda doğrayın. Pendiri sürtgəcdən keçirin. Bütün ərzaqları qarışdırıb xama, duz, istiot vurub qarışdırın.
Təmizlənmiş kartofu ikiyə bölün və soba tavasına yığın. Üzərini yağlayın. Üzərindən sarımsaq yağını tökün.
220 dərəcədə bişirin. Bunu qarnir və ya müstəqil xörək kimi də süfrəyə vermək olar.
Nuş olsun!
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi



































