Mətbəx
Göbələkli kinoa pilovu
Kinoa orqanizm üçün ən faydalı qidalardan biridir. Ölkəmizdə yeni-yeni tanınmağa başlayan bu taxıldan siz də dadlı və faydalı yeməklər bişirə bilərsiniz.
Publika.az göbələkli kinoa pilovunu təqdim edir:
Tərkibi:
2 stəkan kinoa
500 qram göbələk
4-5 diş sarımsaq
1 çay qaşığı quru kəklikotu
2-3 xörək qaşığı parmesan pendiri
1-2 xörək qaşığı zeytun yağı
Kərəyağı
Duz
Qara istiot
Hazırlanması:
Kinoanı təmiz yuyun. Suda bişirib süzün.
Göbələkləri doğrayıb xırda doğrayın. Sarımsaqları da ya xırda-xırda doğrayın, ya da rəndədən keçirin. Böyük bir tavaya 2-3 qaşıq zeytun yağı əlavə edib qızmasını gözləyin. Tavaya göbələkləri töküb bir az qovurun. Daha sonra sarımsaq, duz, qara istiot və kəklikotunu əlavə edib qarışdırın. Göbələklər yumşalana kimi bişirin. Daha sonra kinoanı üzərinə əlavə edib qarışdırın. Ocağın altını söndürün. Pilovun içərisinə parmesan pendirini və bir az kərə yağı əlavə edib bunlar əriyənə qədər qarışdırın. Pilovu dəmlənməyə qoyun. 15 dəqiqə sonra süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Ləman Sultan
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı



































