Mətbəx
Qızardılmış kokoslu dondurma - RESEPT
Heç şübhəsiz ki, dondurma yayın ən dadlı desertidir. Adından da göründüyü kimi, bu qida soyucuda dondurularaq hazırlanır. Bəs, qızardılmış dondurmanın necə olduğu barədə nə düşünürsünüz? Sizcə, o necə dadar?
Sizi məhz qızardılmış dondurma resepti ilə taniş etmək qərarına gəlmişik:
Ərzaqlar:
800 qram südlü dondurma
2 ədəd yumurta ağı
1 stəkan rəndələnmiş hind qozu
3/4 stəkan iri çəkilmiş fındıq
3/4 stəkan qarğıdalı lopası (corn flakes)
1 yemək qaşığı qalet unu
1 yemək qaşığı qara şəkər
1/2 çay qaşığı darçın
Hazırlanması:
Dondurmanı soyuducudan çıxarıb bir qədər otaq temperaturunda saxlayın. Sonra on yerə bölüb hər hissəni ovcunuzla yumrulayın. Rəndələnmiş hind qozuna bulayın və dondurma toplarını bir qaba düzün. Üzərinə streç örtdükdən sonra yenidən soyuducuya qoyun və bərkiyənə qədər gözləyin.
İri çəkilmiş fındıq içi, qarğıdalı lopası, qalet unu, qara şəkər və toz darçını bir qabda blenderlə qarışdırın. Yumurtaların ağını ayırıb dərin qabda çəngəllə çırpın. Soyuducudan çıxartdığınız dondurma toplarını əvvəlcə yumurta ağına, sonra isə hazırladığınız darçınlı fındığa batırın. Eyni üsulu bir daha təkrar etdikdən sonra yenidən soyuducuya qoyub uzun müddət gözləyin. Sonra qarğıdalı yağını dərin tavada qızdırın. Dondurmanı qızdırılmış yağa atıb 10-20 saniyədən sonra boşqaba düzün. Bu dondurmanı çox saxlamadan yeməlisiniz.
Nuş olsun!
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO













.jpg)
























.jpg)
