Mətbəx
Yüksək dozada xoşbəxtlik keksi - RESEPT
Ərzaqlar:
3 ədəd yumurta
3 xörək qaşığı şəkər tozu
80 ml. günəbaxan yağı
125 ml. süd
1,5 stəkan un
2 yemək qaşığı kakao
1 paket qabartma tozu
Keksi islatmaq üçün:
1 stəkan ilıq süd
1 xörək qaşığı qəhvə
Kremi üçün:
800 ml. süd
1/2 stəkan un
3/4 stəkan toz şəkər
1 xörək qaşığı kərə yağı
1 stəkan çiy krem (böyük marketlərdə satılır, qablaşdırması süd qabı qutularına bənzəyir)
Üstü üçün:
3 yemək qaşığı kakao
Keksi hazırlamaq üçün: Yumurtaları sındırıb dərin bir qaba tökün. Üstünə şəkər tozu əlavə edib şəkər dənələri tamamilə əriyənə qədər mikserlə qarışdırın. Sonra günəbaxan yağı və süd əlavə etdikdən sonra yenidən qarışdırın. Un, kakao və qabartma tozunu ayrıca qabda qarışdırdıqdan sonra tort xəmirinə əlavə edin. Keks xəmirini azca yağlanmış, istiliyə dözümlü, düzbucaqlı şüşə qəlibə töküb əvvəldən isidilmiş 180 dərəcə sobada 30-35 dəqiqəyə qədər bişirin.
Kremi hazırlayın: Süd, un və şəkər tozunu dərin qazana töküb qarışdırın. Sonra qarışığa kərə yağı əlavə edib ocağın üstünə qoyun. Krem qaynayana qədər qarışdırın. Ocaqdan götürüb soyumağa qoyun.
Sobadan çıxan keks otaq temperaturunda soyuduqdan sonra onu südlü qəhvə ilə isladın. Soyumuş krem qarışığına çiy kremi qatıb mikserlə sürətlə qarışdırın. Hazırladığınız kremi keksin üzərinə sürtün. Kənarlarını səliqə ilə düzəldin. Üstünə kakao səpib soyuması üçün soyuducuya yerləşdirin. Ən az 2-3 saat qalandan sonra süfrəyə verin.
Nuş olsun!
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?




































