Mətbəx
Yaşıl noxudlu toyuq ruleti
Toyuq əti həm dadlı, həm də faydalıdır. Hələ də toyuğu qızardır və ya suda bişirib yeyirsiniz? Halbuki ondan çox dadlı təamlar hazırlamaq olar.
Publika.az dadlı toyuq ruletini təqdim edir:
Tərkibi:
Rulet üçün:
6 ədəd toyuq filesi
1 stəkan göy noxud
1 ədəd qırmızı bibər
2 ədəd yerkökü
2 ədəd yumurtanın sarısı
2 xörək qaşığı suxarı
3 xörək qaşığı zeytun yağı
1.5 çay qaşığı karri (Hindistan mətbəxinə məxsus ədviyyatdır. Tərkibi, əsasən, sarıkök və sumaq olmaqla bir çox ədviyyatın qarışığından ibarətdir)
Duz, istiot
Üstünü bəzəmək üçün:
1 stəkan qarğıdalı yarması
3 xörək qaşığı xırda doğranmış cəfəri
Hazırlanması:
Toyuq ətini çəkin. Kök və bibəri xırda doğrayın. Dərin bir qabın içərisində lazım olan bütün məhsulları qarışdırıb yoğurun. Toyuqlu qarışığı yağlı kağızın üzərinə töküb rulet halına gətirin. Qarğıdalı yarmasını əzib toz halına salın və cəfəri ilə qarışdırıb ruletin üzərinə tökün. Yağlı kağızla ruleti örtüb sobaya (əvvəlcədən 180 dərəcədə qızdırılmalıdır) qoyun. Ruleti 45 dəqiqə bişirin.
Toyuq ruletini sobadan çıxardıqdan 5 dəqiqə sonra dilimləyib süfrəyə verin.
Nuş olsun!
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?



































