Mətbəx
Mərcili börək
Mərci zülallarla zəngin qidalardan biridir. Diyetoloqlar əti əvəz edəcək tək qidanın mərci ola biləcəyini bildirirlər. Üstəlik, bizim tez-tez şorba bişirdiyimiz qırmızı mərcini deyil, yaşıl mərcini tövsiyə edirlər. Elə isə vaxt itirmədən Publika.az-ın təqdim etdiyi yaşıl mərcili börək reseptini sınaqdan keçirin:
Tərkibi:
4 ədəd yuxa
1 stəkan suda bişirilmiş yaşıl mərci
1 armudu stəkan zeytun yağı
1 ədəd soğan
1 diş sarımsaq
Yarım xörək qaşığı bibər pastası
2 stəkan su
1 çay qaşığı zirə
Zövqə görə duz, istiot və pul bibər
Üzərini bəzəmək üçün: qara çörək otu və küncüt
Hazırlanması:
Soğan və sarımsağın qabığını soyub kub formasında doğrayın. Tavaya 1 xörək qaşığı maye yağ töküb qızdırın. Sarımsaqla soğanı qızardın.
5 dəqiqə sonra mərcini, bibər pastasını, ədviyyatları, duzu və 1 stəkan suyu əlavə edib qarışdırın.
Suyu çəkilənə qədər içliyi bişirməyə davam edin.
Daha sonra ocağı söndürüb içliyin soyumasını gözləyin.
Bir kasanın içərisində qalan zeytun yağı ilə suyu qarışdırın.
Yuxanı mətbəx stoluna sərib üzərinə su və zeytun yağından ibarət qarışığı çəkin.
İkinci yuxanı onun üstünə qoyub üç barmaq qalınlığında uzun hissələr kəsin.
Kəsdiyiniz yuxalardan birini götürüb bir ucuna 1 xörək qaşığı mərcili içlikdən qoyun. Onu üçbucaq formasında qatlayın. Digər yuxaları da eyni qayda ilə hazırlayın. Börəkləri yağladığınız soba qabına düzün. Üzərinə çörəkotu və küncüt səpib 180 dərəcəyə qoyulmuş sobada 20 dəqiqə bişirin.
Nuş olsun!
Ləman Sultan
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?



































