Mətbəx
Darçınlı piroq - RESEPT
Ərzaqlar:
3 yumurta
1 stəkan şəkər tozu
3/4 stəkan qarğıdalı yağı
yarım stəkan süd
yarım kasa qoz ləpəsi
2,5 stəkan un
1 paket qabartma tozu
1 çay qaşığı darçın
Keks qəlibini yağlamaq üçün:
1 çay qaşığı kərə yağı
Yarım çay qaşığı un
Üzəri üçün:
3 xörək qaşığı kakao
1 xörək qaşığı darçın
Hazırlanması:
Yumurtayla şəkər tozunu çalın. Əvvəlcə qarğıdalı yağı və südü qatıb, sonra ələnmiş un, qabartma tozu və darçını əlavə edib qatılaşana qədər qarışdırın. Sonda bir az unlanmış qoz ləpələrini qatıb keksi yağlanmış qəlibə tökün.
Əvvəlcədən isidilmiş 170 dərəcə sobada 40-45 dəqiqə bişirin. Sobadan çıxaranda üstünə kakao ilə darçın səpin.
Nuş olsun!
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?



































