Mətbəx
İspanaqlı yaşıl şorba – RESEPT
Ərzaqlar:
500 qram təzə ispanaq
4 xörək qaşığı zeytun yağı
1 ədəd böyük soğan
2 xörək qaşığı un
4 stəkan qaynar toyuq suyu
yarım stəkan krem
1 çay qaşığı təzə üyüdülmüş istiot
1 çay qaşığı duz
Hazırlanması:
İspanaqları yuyun. Suyunun süzülərək qurumağını gözləyin. Soğanı doğrayıb zeytun yağında qızardın. İspanağı da əlavə edib soğanla birlikdə qovurun. Sonra unu töküb təqribən 3-4 dəqiqə qovurun. Təzə çəkilmiş qara istiot və duz əlavə edin. Daha sonra üzərinə toyuq suyunu tökün. Unun yapışmaması üçün mikserlə qarışdıraraq bişirin. Qatılaşmağa başlayanda odu azaldıb kremi az-az əlavə edin. Həlim olması üçün blenderdən keçirin. Xörəyi kasalara töküb isti-isti yeyin.
Nuş olsun!
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?



































