Mətbəx
Asan hazırlanan darçınlı şirniyyat
Bir çox restoranlarda çayın yanında almalı, darçınlı şiniyyat verilir. Bu dadlı şirniyyatı ev şəraitində hazırlaya bilərsiniz. Publika.az asan hazırlanan darçınlı şirniyyatın reseptini təqdim edir:
Tərkibi:
3 ədəd alma
1 stəkan su
2 xörək qaşığı qarğıdalı unu
2 çay qaşığı darçın
1 çay qaşığı təzə limonun şirəsi
7-8 ədəd lavaş
Yarım kasa şəkər tozu
Duz
Qızartmaq üçün yağ
Hazırlanması:
İçliyi hazırlamaq üçün su, qarğıdalı unu, duz və limon şirəsini qarışdıraraq qaynadın. 5 dəqiqə sonra nisbətən qatılaşan qarışığa almaları əlavə edin. Almalar yumşalana kimi bişirin. İçlik hazır odluqdan sonra soyumağını gözləyin.
Kənarda bir qabda darçınla şəkər tozunu qarışdırın. Darçınlı qarışığı almalı içliyə əlavə edin. İçliyi lavaşın üzərinə yayıb, lavaşa istədiyiniz formanı verin. Lavaşları yağda qızardın. Şirniyyatı süfrəyə dondurma ilə verə bilərsiniz.
Nuş olsun!
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































