Mətbəx
Arıqlamaq istəyənlər üçün yüngül muffin resepti
Publika.az sizə zərif dada malik diyetik muffin şirniyyatının reseptini təqdim edir.
Ərzaqlar:
1 çay qaşığı sirkə
1 stəkan soya südü
1/3 stəkan bitki yağı
3/4 stəkan şəkər
1 stəkan un
1/4 çay qaşığı duz
1 paket vanil
1 paket qabartma tozu
1/3 stəkan kakao
Hazırlanması:
Əvvəlcə soya südü ilə sirkəni qarışdırın. Soya südü tündləşənə qədər gözləyin.
Digər tərəfdən dərin bir qabda un, kakao, qabartma tozu, vanil və duzu qarışdırın. Digər qabdakı soya südünə şəkəri və duru yağı əlavə edib qarışdırın. Bura unla qarışdırılmış digər ərzaqları əlavə edərək muffin xəmirini hazırlayın.
Muffinlərin boşqaba yapışmaması üçün qəlibləri yağlayıb unlayın və ya yağlı kağızı qoyun. Xəmiri muffin qablarına töküb əvvəlcədən isidilmiş 175 dərəcə istilikdə olan sobaya qoyun. Təxminən 20-30 dəqiqə bişirdikdən sonra sobadan çıxarın.
Nuş olsun!
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































