Mətbəx
Bayram süfrəsi üçün naringi piroqu – Resept
Naringi uzun illərdir ki, Yeni il süfrəsinin simvoluna çevrilib. Mandarin xoş qoxusu ilə Yeni il süfrəsinə gözəl təsir bağışlayır. Özünü və yaxınlarını sevindirmək üçün bu sitrus meyvəsindən çox dadlı desert hazırlamaq olar.
Ərzaqlar:
4 ədəd yumurta
250 ml qatıq
1 stəkan şəkər
1 paket vanil
300 qram un
130 ml bitki yağı
1 paket qabartma tozu
4 ədəd mandarin
1 xörək qaşığı şəkər pudrası
Hazırlanması:
Yumurta köpüklənənə qədər çalırıq. Şəkər və vanil əlavə edib yenidən çalırıq. Daha sonra qatıq və bitki yağını əlavə edirm və yenidən çalırıq. Bundan sonra az-az un əlavə edib qarışdırırıq. Qəlibi yağlayıb xəmiri əlavə edin. Naringi qabığını soyub xəmirin üzərinə düzürük. 180 C temperaturda 50 dəqiqə bişiririk. Soyuduqdan sonra üstünə şəkər kirşanı səpib yeyin.
Nuş olsun!
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































