Mətbəx
Bayram süfrəsi üçün ananaslı desert - Resepti
Ərzaqlar:
1 stəkan ananas suyu
1 stəkan düyü
3 stəkan süd
1 stəkan toz şəkər
2 çay qaşığı buğda nişastası
Yarım stəkan su
6 dilim kub şəklində doğranmış ananas
Karamel üçün:
3 xörək qaşığı şəkər tozu
3 xörək qaşığı su
3 damcı limon suyu
4 ədəd qoz ləpəsi
Hazırlanması:
Karamel üçün şəkər tozu, su və limon suyunu tavaya tökün. Şəkər tozu əriyib qəhvəyi rəng alana qədər qarışdıraraq bişirin. Oddan götürəndə üzərinə qoz əlavə edib qarışdırın.
Ananas suyu, düyü və südü qarışdırıb düyü yumşalana qədər bişirin. Daha sonra şəkər tozu əlavə edib yenidən qaynadın. Ayrı bir qabda buğda nişastasını yarım stəkan su ilə qarışdırın. Daha sonra nişastanı düyünün üzərinə əlavə edin. Qablara yarıya qədər desert töküb üstünə ananas dilimləri yerləşdirin. Yenidən desert töküb üstünə doğranmış ananas yerləşdirin. Sonda karamelli qozla bəzəyib servis edin.
Nuş olsun!
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































