Mətbəx
Sobada almalı toyuq
Almadan sadəcə meyvə salatı hazırlamayın. O həm də yeməklərə xüsusi dad verir. Sınamaq üçün Publika.az-ın təqdim etdiyi reseptə müraciət edə bilərsiniz.
Tərkibi:
2 ədəd alma
1 baş soğan
2 diş sarımsaq
Təzə kəklikotu
8 ədəd toyuq budu
Duz
Qara istiot
Yarım stəkan alma şirəsi
Hazırlanması:
Almaları yarım ay formasında dilimləyin. Soğanı iri-iri doğrayın, sarımsağı əzin və kəklikotu ilə birgə qaba töküb qarışdırın. Bu qarışığı soba qabına yayın. Toyuq budlarını duzlayıb, istiotlayıb soba qabına düzün. Üzərinə alma şirəsi əlavə edib əvvəlcədən qızdırılmış 175 dərəcəlik sobada qızarana qədər, təxminən 1 saat yarım bişirin. Süfrəyə verməzdən öncə yeməyi kəklikotu ilə bəzəyin.
Nuş olsun!
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































