Mətbəx
Pendirli qara düyü salatı
Qara düyüdən, adətən, plov hazırlanır. Ancaq aşpazlar qara düyünün salatlarının da, plov qədər dadlı olduğunu iddia edirlər.
Publika.az-ın təqdim etdiyi bu salatı sınaqdan keçirin və deyilənlərin doğru olub-olmadığına özünüz qərar verin.
Tərkibi:
2 stəkan qara düyü
250 qram lor pendir
4 ədəd soğan
2 ədəd közdə bişmiş qırmızı bibər
2 armudu stəkan konservləşdirilmiş qarğıdalı
4-5 ədəd kornişon turşuşu
Bir az doğranmış şüyüd
Şüyüdlə eyni miqdarda doğranmış cəfəri
Salatın sousu üçün:
2 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı limon şirəsi
Duz
İstiot
Hazırlanması:
Qara düyünü yuyub təmizləyin. Daha sonra qaynayan suya əlavə edib 25 dəqiqə bişirin. Düyünü süzüb üzərinə doğranmış soğan, köz bibər, qarğıdalı, turşu, cəfəri, şüyüd və lor pendir əlavə edib yaxşıca qarışdırın. Kənarda sous üçün lazım olan məhsulları qarışdırın. Sousu da salata əlavə edin.
Nuş olsun!
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































