Mətbəx
Közlənmiş bibər şorbası
Həkimlər qışda xəstələnməmək üçün qırmızı rəngli qidalardan istifadə etməyi məsləhət görürlər.
Publika.az-ın təqdim etdiyi şorbanı sınaqdan keçirərək sağlamlığınızın qayğısına qala bilərsiniz.
Tərkibi:
500 qram qırmızı bibər
300 qram acı bibər
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı günəbaxan yağı
2 diş sarımsaq
1 xörək qaşığı un
3 stəkan toyuq suyu
1 xörək qaşığı doğranmış kəklikotu
Duz və istiot
Hazırlanması:
Soba qabına yağlı kağız örtüb bibərləri düzün. 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Daha sonra sobadan çıxarıb qabığını soyun, tumunu təmizləyin. Tavaya yağ töküb qızdırın, sarımsağı 1 dəqiqə qovurun. Daha sonra bibəri əlavə edib rəngi dəyişənə kimi qızardın. Un əlavə edib qarışdırın. Toyuq suyunu əlavə etdikdən sonra blender vasitəsilə qarışdırın. Sonda kəklikotunu, duzu, istiotu əlavə edib ocağı söndürün.
Süfrəyə isti halda verilməlidir.
Nuş olsun!
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































