Mətbəx
Novruz süfrəsi üçün “Səbət” salatı
Qarşıdan ilk çərşənbə gəlir. Bayram axşamlarında süfrənizi adət-ənənələrə uyğun bəzəmək arzusunda olsanız da, hər il özünüzü təkrarlamaq sıxıcı ola bilər. Odur ki, süfrəyə verilən təamları Novruzun atributlarını nəzərə alaraq qeyri-adi üsulla bəzəyə bilərsiniz. Novruz süfrələrində yaşıl və qırmızı rəngin xüsusi yeri var. Məsələn, bu gün sizə təqdim edəcəyimiz “Səbət” salatı həm göz oxşayır, həm də Səməninin yanına yaraşır.
Tərkibi:
Zövqə uyğun olaraq hər hansı salat növü
Bulka
Göy soğan, yaxud tərxun
Kolbasa
Duzlu çöp
Hazırlanması:
Bulkanın üstünü kəsib götürün. Kolbasanı nazik doğrayın. Onun ölçüsü bulkadan azca balaca olmalıdır. Kolbasanı bulkanın ortasına yerləşdirin. Kənarlarına isə (bulkanın üstünə) 10-12 ədəd duzlu çöp basdırın. Kolbasa dilimi ortada qalacaq. Beləliklə, “səbətin” içini salat ilə dolduranda bulka islanmayacaq. Kolbasa yerinə, lazım gələrsə, ərinmiş pendir dilimi də qoya bilərsiniz.
Göy soğan, yaxud tərxun yarpaqlarını duzlu çöplərin arasından səliqəylə keçirməklə səbət toxuyun. Hazır olandan sonra içini salatla doldurun. Budur, Novruz süfrənizin ən iddialı salatı artıq hazırdır.
Nuş olsun!
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































