Mətbəx
Novruz süfrəsi üçün dadlı şəkərbura
Bu gün od çərşənbəsidir. Evlərdə axşam süfrəsinə qoyulacaq milli yemək və şirniyyatların hazırlanmasına başlanıb. Novruz süfrəsini şəkərburasız təsəvvür etmək mümkün deyil. Bəs bu dadlı şirniyyat necə hazırlanmalıdır?
Publika.az-ın təqdim etdiyi reseptlə hazırlanan şəkərburanın dadından doymayacaqsınız.
Tərkibi:
Xәmiri üçün:
1 kq. un
3 ədəd yumurta
250 qr. kәrә yağı
1 stəkan süd
2 xörək qaşığı xama
Yarım çay qaşığı duru maya
İçlik üçün:
500 qr. fındıq lәpәsi
500 qr. şәkәr tozu
1/4 çay qaşığı hil
Hazırlanması:
Əvvəlcə xәmiri hazırlamaq lazımdır. Südü qaba töküb ocağın üzərinə qoyun, ilıqlaşanda ocaqdan götürün. Sonra yağı әridin. Mayanı ilıq südə töküb 5-10 dәqiqә qarışdırın. Maya köpüklәnəcək. Unu iri bir qaba töküb ortasında boşluq yaradın. Yumurtanı, mayanı, südü, yağı vә xamanı əlavə edib xәmir yoğurun. Xәmirin üstünә salafan çәkib, 1 saat acımağa qoyun.
İndi sıra içlikdədir. Fındığı tavada qovurub qabığını tәmizlәyin, daha sonra maşından keçirin. Çәkilmiş fındığı şәkәr tozu vә hil ilә qarışdırın.
Acımış xәmirdәn 40 kündә düzәldin. Hər kündə qozdan bir az böyük olmalıdır.
Kündәnin birini götürüb oxlov ilә diametri təxminən 10 santimetr olan yuxa yayın. İçərisinə 2 çay qaşığı içlik qoyub yanlarını bәrkidin. İstəsəniz, kənarlara fərqli formalar verə bilər və ya adi qaydada bükə bilərsiniz. Üzünә naxış salın. Bu üsulla bütün şəkərburaları hazırlayıb bişirәcәyimiz qaba yığın. 170-180 dәrәcәdə qızdırılmış sobada 20-25 dәqiqә bişirin.
Bişmiş şәkәrburaları sәrin yerdә saxlayın. Üstünü örtmәyin.
2-3 saat keçdikdən sonra şәkәrburaları qazana yığıb ağzını örtün. Şәkәrburanı uzun müddәt saxlamaq istәyirsinizsә, bu qaydaya mütləq əməl edin. Salafana ya da soyuducuya qoysanız, tez xarab olacaq.
Nuş olsun!
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
























.jpg)













