Mətbəx
Limonlu “cheesecake” resepti
Son günlər “cheesecake” ən çox sevilən şirniyyat növünə çevrilib. Artıq çoxu bol kalorili tort əvəzinə, daha az kalori ehtiva edən bu şirniyyat növünə üstünlük verir.
Publika.az-ın təqdim etidiyi limonlu “cheesecake” reseptini mütləq sınaqdan çıxarın:
Tərkibi:
2 paket biskvit
50 qram kərə yağı
Kremi üçün:
400 qram labne pendiri
400 qram krem
2 ədəd yumurta
1 stəkan şəkər tozu
2 paket vanil
2 xörək qaşığı nişasta
2 xörək qaşığı un
1 ədəd limonun qabığı
Limonlu sous üçün:
2 stəkan su
1 ədəd limonun qabığı və şirəsi
2 xörək qaşığı nişasta
6 xörək qaşığı şəkər tozu
Qida boyası (çay qaşığının ucunda)
Hazırlanması:
Biskvitləri əzib toz halına salın. Üzərinə ərinmiş kərə yağını əlavə edin. Bir az yoğurun və keks qabına töküb əlinizlə bərkidin. Daha sonra soyuducuya qoyun.
Kremi hazırlamağa başlayın. Labne pendiri ilə kremi qarışdırıb çalın. Üzərinə yumurtanı və şəkər tozunu əlavə edib çırpın. Sonda un, nişasta, sürtgəcdən keçirilmiş limon qabığı və vanil əlavə edin. Yaxşıca qarışdırıb soyuducudan çıxardığınız biskivitli qarışığın üzərinə yayın. Keksi sobaya qoymadan öncə kənarlarını qurğuşun kağızla sarıyın. Bu, keksin qızarmasının qarşısını alacaq.
160 dərəcə qızdırılmış sobada 1 saat və ya 1 saat 15 dəqiqə bişirin.
Sous üçün lazımlı olan bütün məhsulları bir qazana töküb bişirin. Sous soyuduqdan sonra keksin üzərinə yayıb 1 gecə soyuducuda saxlayın.
“Cheesecake”in üzərini arzuladığınız şəkildə bəzəyə bilərsiniz.
Ləman Sultan
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
























.jpg)













