Mətbəx
Yel çərşənbəsinə uyğun süfrə üçün südlü plov
Bu gün Yel çərşənbəsidir. Yel çərşənbəsində süfrədə südlü plov olmalıdır. Bayrama uyğun süfrə qurmaq üçün Publika.az-ın reseptini bu gün mütləq sınaqdan keçirin.
Tərkibi:
1,5 litr süd
3 stəkan düyü
3 xörək qaşığı әridilmiş kәrә yağı
100150 qram xurma
100150 qram kişmiş
23 xörək qaşığı şәkәr tozu
Zәfәran ya da sarıkök
1-2 çay qaşığı duz
Qazmaq üçün:
3 xörək qaşığı qatıq
1 әdәd yumurta
Hazırlanması:
Düyünü yaxşıca təmizləyib yuduqdan sonra 12 saat islağa qoyun. Südü qaynadıb duzu və düyünü əlavə edin. Bişmәyә az qalmış şәkәr tozunu әlavә edin (Zәfәrandan istifadə edirsinizsə, zәfәran suyu da elə bu məqamda әlavә edilməlidir).
Düyünü süzüb üstünә sarıkök sәpin. Kənarda bir qazanda azca yağ әridin. Qazmağı hazırlamaq üçün qazanın dibinә bir az düyü töküb yumurta ilә qatığı qarışdırıb әlavә edin. 1 santimetr qalınlıqda yayın. Qalan düyünü qazmağın üstünә töküb yağ әlavә edin və dәm almağa qoyun.
Plov 1 saata hazır olacaq.
Kənarda təmizlənib yuyulmuş kişmiş və xurmanı az yağda bişirin. Plovu süfrəyə verməzdən öncə üzərini kişmiş və xurma ilə bəzəyin.
Bu plovu zövqə görə, şəkər tozu və ya bal ilə yeyirlər.
Nuş olsun!
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
























.jpg)













