Mətbəx
Novruzda kökəlməmək üçün necə qidalanmalı?
Bu gün ilaxır – torpaq çərşənbəsidir. Ən sevdiyimiz bu milli bayramımızda süfrəmizi şəkərbura, paxlava kimi bol kalorili şirniyyatlarla, plov, ət qovurması və s. kimi yeməklərlə bəzəyirik. Nəticədə, hətta kökəlmək istəməyənlər belə, bu ləzzətli təamlara əl uzadır, hər birindən dadmaq istəyir.
Bəs, Novruz bayramını “qadasız-bəlasız” ötürmək, bu dövrdə çəkini qoruyub saxlamaq üçün nə etmək lazımdır?
Həkim-diyetoloq Şəhriyyə Əhmədova Publika.az-a müsahibəsində deyib ki, bəzi qaydalara əməl etməklə Novruzu qarşıladığımız kimi gülərüz yola sala bilərik.
- Novruzda hər kəs mütləq şəkərbura, paxlava yeyir. Bir diyetoloq kimi, bayramda bu cür ləziz şirniyyatlardan imtina etməyi məsləhət görməyəcəksiniz ki?
- Yox. Bayramda şirniyyat yemək olar. Ancaq belə qidaları arabir yeməyi tövsiyə edirəm. Məsələn, qəlyanaltı zamanı 1 ədəd paxlava və ya şəkərbura yemək olar. Səhər yeməyi əvəzinə də 1 ədəd şəkərbura yeyə bilərlər.
- Bəs, plov və digər kalorili yeməklərdən dadmaq istəyənlərə nə tövsiyyə edə bilərsiniz?
- Dörd qaşıq sadə plov 1 dilim çörək deməkdir. Odur ki, gün ərzində çörəkdən imtina edərək günorta yeməyində 4 və ya 8 qaşıq plov yeyə bilərlər. Plovun qarasını çörəklə yemək olar. Onda plovun özündən imtina etmək lazımdır. Yəni, hər təamın dadına baxmaq olar. Ancaq mütləq balanslaşdırmaq lazımdır.
- Deyək ki, bu qaydalara əməl edə bilmədilər. Həm plov yedilər, həm də şirniyyat. Bol miqdarda kalori qəbul etdilər. Onda kökəlməmək üçün nə etməlidirlər?
-Təbii ki, belə qidalanmaq məsləhət deyil. Ancaq həddən artıq yeyibsə, onda növbəti gün tərəvəzə üstünlük verməli, bol miqdarda qatıq yeməlidir. Şirniyyatdan imtina etmək, qəbul edilən su miqdarını artırmaq lazımdır. İki-üç gün sadəcə tərəvəz, meyvə və süd məhsulları yeyərək bədəni bayramda qəbul edilən toksinlərdən və lazımsız yağlardan təmizləmək olar.
- Bir çox diyetoloq ağ rəngli 3 qidanı (şəkər, duz və un) rasiondan tamamilə çıxarmağı məsləhət görür. Sizin də belə qadağalarınız varmı?
- Yox, demək olar ki, heç nəyi qadağan etmirəm. Təbii ki, kremli tortlar, cipsilər və ya həddən artıq yağlı, şəkərli qidalar yemək olmaz. Ancaq, ümumiyyətlə, şəkərdən və ya duzdan imtina etmək doğru deyil. Əsas hansı qidanı nə ilə yeməli olduğunu bilməkdir. Çünki elə qidalar var ki, onları birlikdə yedikdə həzm sisteminə zərər verir, kökəldir. Qida kombinasiyalarını doğru müəyyənləşdirmək lazımdır. Məsələn, səhərlər və ya ara vaxtlarda krep, biskvit və ya südlü şirniyyatlar yemək olar. Təbii ki, bunlardan sadəcə birini seçmək lazımdır. Buna gün ərzində sadəcə bir dəfə icazə var. Un məmulatlarını da həftədə 1-2 dəfə qəbul etmək mümkündür. Qidalardan tamamilə, imtina etmək iradəni zəiflədir və belə halda pəhriz davamlı olmur. Sağlam qidalanma tərzinə keçmək üçün hər şeydən az-az yemək məsləhətdir.
Ləman Sultan
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
























.jpg)













