Mətbəx
Zeytunlu, pendirli bulka - RESEPT
Bulkanın reseptində zeytunla pendir olduğu üçün o, həm uşaqlar, həm də böyüklər üçün faydalıdır. Bu resept xüsusi ilə səhər süfrəsinə çox yaraşacaq.
Publika.az zeytunlu, pendirli bulkanın reseptini təqdim edir:
Ərzaqlar:
1/2 paket yaş maya
1 stəkan ilıq süd
1 çay qaşığı şəkər tozu
200 qram kərə yağı
1 paket krem şanti
2 ədəd yumurta
1 paket qabartma tozu
1 çay qaşığı duz
5-6 stəkan un
İçlik:
25-30 ədəd zeytun
150 qram ağ pendir (az duzlu)
Hazırlanması:
Mayanı, ilıq süd və şəkəri bir qaba töküb qarışdırın. Yumurtanın sarısı ilə ağlarını bir-birindən ayırın. Kərə yağını çox qızdırmadan əridin. Daha sonra yumurta ağlarını, toz şantini, kərə yağını maya ilə qarışdırın. Sonda qabartma tozu, duz və unu əlavə edib xəmir yoğurun. Xəmir əllərinizə yapışmayana qədər yoğurulmalıdır.
Xəmirin gəlməsi üçün 45 dəqiqə gözləyin. 45 dəqiqədən sonra xəmir 2 dəfə şişməlidir. Xəmiri yumrulayıb içinə pendirlə zeytun qoyun və yenidən yuvarlayın. Zeytunlu bulkaları yağlı kağız sərilmiş tavaya düzüb, üzərinə yumurta sarısı sürtün. Bəzək olaraq üstlərinə küncüt və ya çörək otu səpin.
Bulkalar 15 dəqiqə də tavadan qalandan sonra 180 dərəcədə qızdırılmış sobada bişirin. Bulkaların altı və üstü qızarana qədər 25 dəqiqə bişirin.
Nuş olsun!
-
Nida Xəbər 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
-
Hadisə14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi
-
Rəsmi xronika12:00Prezident forum iştirakçılarına müraciət etdi - YENİLƏNDİ
-
Dünya11:48Yaponiya fəlakətə belə hazırlaşır
-
Sosial11:18Hərbçilərə şad xəbər: Maaşları bu qədər artırılacaq
-
İdman10:42Dünyanın ən seksual qolfçusu bir saat ərzində belə dəyişdi - FOTOLAR
-
Dünya10:30Trampın türk kürəkəni: Toyda özü də iştirak edəcək - FOTO

















.jpg)




















