Mətbəx
Lüks restoranların vazkeçilməzi: avokado sousu
Lüks restoranlar insanlara yeni təamlar təqdim edərək müştəri sayını artırmağa çalışırlar. Belə restoranların son vaxtlar populyarlaşdırdığı təamlardan biri də “Guacamole” adlandırılan avokado sousudur.
Bir çoxlarının ağız dadına uyğun olmayan avokado meyvəsi yeməklərin yanında sous kimi təqdim edildikdə çox sevilir. Ancaq bu ləzzəti dadmaq üçün bahalı restorana getmək lazım deyil.
Publika.az-ın təqdim etdiyi reseptə əsasən “Guacamole” sousunu evdə də hazırlaya bilərsiniz.
Tərkibi:
1 ədəd avokado
1/2 stəkan zeytun yağı
2 qaşıq qatıq
1-2 ədəd yaşıl soğanın yarpaq hissəsi
1 diş sarımsaq
Duz
Qara istiot
Hazırlanması:
Avokadonu ortadan bölüb, tumunu çıxarın. Qaşığın köməkliyi ilə avokadonu mətbəx robotuna tökün. Digər məhsulları da əlavə edib püre halına gətirin. Bu sousu salatlara əlavə etmək və ya makaronla ət yeməklərinin yanında süfrəyə vermək olar.
Ləman Sultan
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
























.jpg)













