Mətbəx
Donuz balasının qaraciyərindən pendir hazırlandığını eşitmişdiniz? - VİDEO
Pendir insanların ta qədimdən bəri istifadə etdiyi ləzzətli və faydalı məhsuldur. Pendirin çox sayda növləri mövcuddur və onların bəzilərinin qramı qızıldan da qiymətlidir.
Publika.az pendir haqqında maraqlı faktları təqdim edib.
1. Pendir istehsalı texnologiyası sadə olsa da, çoxlu xüsusiyyətləri var. Bir xüsusiyyəti belədir: bir kiloqram pendir hazırlanması üçün orta hesabla 10 litr süd tələb olunur. Amma elə bilməyin ki, pendir təkcə süddən istehsal edilir. Hazırda noxud, bala donuzun və ya dananın qaraciyərindən, yaxud xamadan pendir hazırlamaq mümkündür.
2. İlk pendir beş min il əvvəl Misirdə düzəldilib. Homer də öz hekayələrində pendirin Odessada necə hazırlanması barədə təsvir edib. Əvvəllər pendir alveriylə məşğul olan insanların qazancı pis deyildi. Pendirin kütləvi satışı ilk dəfə Niderlandda həyata keçirilib. Dördüncü əsrdən başlayaraq pendirin forması indiyədək demək olar ki, heç bir dəyişikliyə məruz qalmayıb.
3. Pendir barədə maraqlı faktlar bununla bitmir. Bəzi Qafqaz xalqlarında bu məhsul afrodizyak vasitə sayılır, ona görə də heç bir toy masada pendir olmadan ötüşmür.
4. Qədim zamanlarda kök şirəsi və başqa bitkilərin suyundan pendirə müxtəlif rəng vermək üçün istifadə olunub.
5. Müxtəlif tarixçilərin yazdığına görə, məşhur filosof Zərdüşt 20 il ərzində demək olar ki, ancaq pendirlə dolanıb.
6. Hər il Böyük Britaniyada pendir yemək üzrə yarış keçirilir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Britaniya kraliçası Viktoriyanın toyuna gələn qonaqlar beş yüz kiloqram təkər pendir hədiyyə etmişlər.
7. İtaliyada pendir əmanətlərini qəbul edən bank var! “Credito Emiliano” bankı anbarı ilə maraqlıdır. Orada qızıl və pul əvəzinə dünyanın ən bahalı pendiri olan Parmezan pendiri saxlanılır. Parmezanın qiyməti o qədər yüksəkdir ki, bankda 3 dəfə soyğunçuluq etməyə çalışıblar. Bu qəribə deyil, çünki burada 300 min təkər pendir var, onun ümumi qiyməti isə 200 milyon avro ilə qiymətləndirilir.
Aytən
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
























.jpg)













