Mətbəx
Qəbələ IV Beynəlxalq Mürəbbə Festivalı necə keçəcək?
Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə avqustun 27-də Qəbələ rayonunda IV Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək.
Publika.az xəbər verir ki, “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçiriləcək festivala hazırlıq işləri uğurla davam etdirilir. Festivalın proqramı hazırlanıb, Azərbaycanın bölgələrindən və xarici ölkələrdən qonaqların dəvət edilməsi üçün məktublar göndərilib.
Otelin icraçı direktoru Süleyman Məmmədov azərtaca müsahibəsində bildirib ki, festivalla bağlı xüsusi plakatlar, nişanlar, suvenirlər sifariş olunub. Hazırda festivalın keçiriləcəyi oteldə və onun ərazisindəki parkda səliqə-sahman işləri görülür. Festival iştirakçılarının və qonaqların yüksək səviyyədə qarşılanaraq oteldə yerləşdirilməsi və yeməklə təmin olunması nəzərdə tutulur.
Süleyman Məmmədov qeyd edib ki, festivalın sərgi masalarında Azərbaycanın 29 şəhər və rayonundan, eləcə də 10 xarici ölkədən gələn komandalar müxtəlif çeşiddə hazırladıqları mürəbbələri nümayiş etdirəcəklər. Festivalda münsiflər heyəti üzvlərinin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
























.jpg)













