Mətbəx
Hökumətdən EHSAN QƏRARI: Kərimovun xatirəsinə plov verildi
Bu gün Özbəkistanın paytaxtında yerləşən restoranlarda İslam Kərimovun xatirəsinə plov verilib.
Publika.az xəbər verir ki, Daşkəndin bəzi restoranları ötən həftə vəfat edən Özbəkistanın ilk prezidenti İslam Kərimovun xatirəsinə plov verib. Ehsan süfrəsi dövlət başçısının dəfn mərasiminin təşkili üzrə hökumət komissiyasının qərarına uyğun olaraq təşkil edilib və 11:00-dən 15:00-dək paytaxtın ən azı beş restoranında ehsan və plov verilib. Plov gününə istənilən şəxs qatıla bilib. Bundan əlavə, bu cür mərasimlər respublikanın digər rayonlarında da keçiriləcək.
Qeyd edək ki, plov günü ölən şəxsin xatirəsinə həsr olunan mərasimdir. Dəfndən sonra başsağlığına gələn qonaqlar üçün süfrə açılır və isti plov təqdim olunur. Ehsan üçün təqdim edilən plov süfrəsi bayram plovundan onunla fərqlənir ki, süfrədə oturanlar müqəddəs “Qurani-Kərim” kitabından sürələr oxuyur. Ehsan süfrəsi “Quran”-dan surələr oxunması ilə başa çatır. Həminçinin bir cəhəti də qeyd etmək lazımdır ki, Özbəkistanda plov günündə yalnız kişilər xidmət göstərir.
Aytən
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













